Avropa Liqasında yarımfinal mərhələsində ilk oyunlar keçirilib
- 29.04.2016, 10:17,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Liqasında yarımfinal mərhələsində ilk oyunlar keçirilib. Hər iki yarımfinal görüşü eyni gündə baş tutub.
Turnirin son qalibi “Sevilya” rəqib meydanında “Şaxtyor”la oynayıb. Qarşılıqlı qollarla keçən oyunda qalib müəyyənləşməyib. Tərəflər hərəyə iki dəfə fərqləniblər. Səfərdən qollu bərabərliklə dönən Əndəlüs təmsilçisi növbəti oyun üçün yaxşı imkan əldə edib.
İspaniyanın turnirdəki digər təmsilçisi “Vilyareal” isə ilk matça öz meydanında çıxıb. “Sarı sualtı qayıq” “Liverpul”u qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyunda azarkeşlər qol görmək üçün xeyli gözləməli oldular. Hakimin əlavə etdiyi dəqiqələrdə fərqlənən ev sahibləri doğma meydanda minimalhesablı üstünlüyə seviniblər.
Avropa Liqası, yarımfinal mərhələsinin ilk oyunları
28 aprel
“Şaxtyor” (Ukrayna) – “Sevilya” (İspaniya) - 2:2
Qollar: Marlos, 23,Stepanenko, 36 - Vitolo, 6, Qameyro, 82
Lvov. “Lvov Arena”
“Vilyareal” (İspaniya) – “Liverpul” (İngiltərə) - 1:0
Qol: Adrian, 90+2
Vilyareal. “Madriqal” stadionu
APA