"Eurovision 2016" yarışında ölkəmizi təmsil edəcək Səmra Rəhimlinin promo-turları davam edir.
Serbiyada olan müğənni 2007-ci ildə "Eurovision" müsabiqəsində qalib olan serbiyalı Mariya Şerifoviçlə görüşüb.
Birlikdə yeməyə çıxan ifaçılar söhbət edib, mahnı səsləndiriblər. Mariya: "Yadımda ən çox qalan və mənim üçün möhtəşəm olan "Eurovision"dan biri Bakıda keçirilən olub", - deyib.
Serbiya promo-tur çərçivəsində son olkə idi. Bundan sonra Səmra müsabiqəyə hazırlaşacaq.