İstehlakçıların hüquqlarının qorunması üçün ictimai nəzarət mexanizmləri yaradılacaq
- 30.04.2016, 14:29,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda istehlakçıların hüquqlarının qorunması üçün ictimai nəzarət mexanizmləri yaradılacaq.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb. Milli Fəaliyyət Planına əsasən, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-2018-ci illərdə istehlakçıların hüquqlarının qorunması məqsədi ilə ictimai nəzarət mexanizmlərinin hazırlanması, bu məqsədlə yaradılmış qaynar xəttin fəaliyyətinin təkmilləşdirilməsi və bununla bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini təmin etməlidir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına isə bu illər ərzində ictimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi tapşırılıb.