ARDNŞ Yunanıstan hökuməti ilə DEPA qaz şirkətinin özəlləşdirilməsinə dair danışıqlara başlayıb

ARDNŞ Yunanıstan hökuməti ilə DEPA qaz şirkətinin özəlləşdirilməsinə dair danışıqlara başlayıb Bu gün İsveçrənin Cenevrə şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Yunanıstan hökuməti arasında Yunanıstanın DEPA qaz şirkətinin özəlləşdirilməsinə dair danışıqlara başlanıb.


APA-nin məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.


Onun sözlərinə görə, Azərbaycan Yunanıstanın böyük qaz şirkətini almağın astanasındadır: “Artıq məsələlər həll olunub, tender paketləri açılıb və biz artıq detalları dəqiqləşdirmək üçün Yunanıstan hökuməti ilə danışıqlara başlamışıq. Bu gün Cenevrədə bizim mütəxəssislər danışıqlara başlayıb».


R.Abdullayev qeyd edib ki, DEPA-nın özəlləşdirilməsi nəticəsində Azərbaycan Avropanın inkişaf etmiş ölkələrindən birinin qaz distribüsiya bazarına nəzarət edəcək və öz qazını Yunanıstan bazarına çıxarmaq imkanı qazanacaq: «Azərbaycan artıq qaz ixracatçısı kimi tanınır. DEPA-nın özəllişdirilməsi nəticəsində Yunanıstan bazarında qazın bazarlanması artıq bizim əlimizdə olacaq».


ARDNŞ prezidenti özəlləşdirmə ilə bağlı təkrar tenderin keçirilib-keçirilməyəcəyi ilə bağlı dəqiq məlumatının olmadığını bildirib: «Bununla bağlı danışıqlar aparılacaq».
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri