Futbol üzrə Azərbaycan çempionu məlum olub
- 02.05.2016, 11:22,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Qarabağ” Azərbaycan çempionudur.
Ağdamlılar Topaz Premyer Liqasınını XXXII turunda səfərdə əsas rəqibi “Zirə”ni məğlub edərək sona 4 tur qalmış aradakı xal fərqini 15-ə çatdırıb və izləyicisi üçün əlçatmaz olub.
Bu, Ağdam klubunun tarixində ümumilikdə 4-cü belə uğurdu. “Köhlən atlar” çempionluq sayına görə sadəcə “Neftçi”dən (8 çempionluq) geri qalaraq, bu sahədə ikinci sırada qərarlaşıb.
Qurban Qurbanovun yetirmələri ardıcıl üçüncü dəfə turnir cədvəlinin ən yüksək pilləsinə yüksəlməklə bu göstəricidə isə “ağ-qaralar”ın uğurunu təkararlayıb.
Azərbaycan çempionatının bütün qalibləri
1992 “Neftçi”
1993 “Qarabağ”
1993/94 “Turan”
1994/95 “Kəpəz”
1995/96 “Neftçi”
1996/97 “Neftçi”
1997/98 “Kəpəz”
1998/99 “Kəpəz”
1999/2000 “Şəmkir”
2000/01 “Şəmkir”
2001/02 yarımçıq qalıb
2003/04 “Neftçi”
2004/05 “Neftçi”
2005/06 “Bakı”
2006/07 “Xəzər Lənkəran”
2007/08 “İnter”
2008/09 “Bakı”
2009/10 “İnter”
2010/11 “Neftçi”
2011/12 “Neftçi”
2012/13 “Neftçi”
2013/14 "Qarabağ"
2014/15 "Qarabağ"
2015/16 "Qarabağ
APA