Sergey Lavrov və Con Kerri yenidən Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Sergey Lavrov və Con Kerri yenidən Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblərRusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.

“Telefon danışığı zamanı tərəflər Suriyada atəşkəs rejiminə əməl edilməsi ilə bağlı fikir mübadiləsi aparılıblar”, məlumatda deyilir.

ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri həmçinin Ukrayna və Daqlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri