Trampla görüşən qalmaqallı azərbaycanlı gözəl [Foto]

Trampla görüşən qalmaqallı azərbaycanlı gözəl  [Foto]


 “Respublikaçıların isteblişmenti əndişədədir ki, o, partiyanın ən mümkün namizədidir. Deyirlər ki, onun prezident olmaq üçün xarici siyasət təcrübəsi yoxdur. İnsafən demək lazımdır ki, o illər ərzində bütün dünya boyunca liderlərlə görüşüb: Məsələn Miss İsveç, Miss Argentina, Miss Azərbaycan…”





****Bu açıqlamanı ABŞ prezidenti Barak Obama verib. ABŞ prezidenti Barak Obama Ağ Ev müxbirlərinin təşkil etdiyi nahardakı çıxışı zamanı bir neçə siyasətçiyə sataşıb. Onlardan biri də ABŞ prezidentliyinə namizəd Donald Trampdır.
Ölkədəki prezident seçkiləri dönəmində rəqib partiyanın təmsilçisinin, fəaliyyətdə olan prezidentin Donald Trampla bağlı dediyi bu sözlər isə gündəmə bomba kimi düşüb. Seçkiöncəsi namizədlərin bir-biri ilə bağlı sərt, ironik, hətta “qurşaqdan aşağı” açıqlamalar verməsi siyasətin vazkeçilməzidir. Kimin keçmişində hansı “ÇP” varsa, rəqibi ondan məharətlə istifadə edir və bu, pis qarşılanmır. Lakin Obama Trampın rəqibi deyil - ABŞ-ın ilk qaradərili prezidenti limitini doldurub və seçkilərdə bir daha iştirak etməyəcək. Buna baxmayaraq, hazırda az qala Amerikanın yarısı Trampa rəqib kəsilib - bir çoxları bu onun ABŞ prezidenti olması perspektivi ilə barışmaq istəmir. Onlardan biri də B.H. Obamadır.
ABŞ mediası bildirir ki, Obama bu zarafatı ilə Donald Tramp-ın Kainat Gözəli (Miss Universe) Yarışındakı fəaliyyətinə “ilişib”.
Miss USA – ABŞ Gözəli yarışı, Kainat Gözəli, Dünya Gözəli (Miss World ) beynəlxalq müsabiqəsi ilə yanaşı dünyanın ən böyük gözəllik yarışlarından biridir. Donald Tramp ABŞ Gözəli (Miss USA) klubunun sahib idi.
Amma bu açıqlamada azərbaycanlı oxucunun diqqətini çəkən heç şübhəsiz ki, Miss Azərbaycanın da bu siyahıda adının çəkilməsidir. Görünən budur ki, dünyanın ən məlumatlı adamı olan Obama konkret bilgilərdən çıxış edib. Yoxsa onun Azərbaycanın adını çəkməsi mümkünsüz olardı. "Qafqazinfo" xəbər verir ki, “Yeni Müsavat” kiçik bir araşdırma ilə Obamanı haqlı çıxardıb. Məlum olub ki, Amerikalı milyarder doğrudan da Azərbaycan gözəllərindən biri ilə görüşübmüş! Obama ölkəmizin adını havadan çəkmirmiş!
Qəzetimiz bu gözəlin kimliyi, onun Trampla görüşü və bu görüşün təfərrüatları ilə maraqlanıb.
Öncə ondan başlayaq ki, “Kainat gözəli -2013” gözəllik müsabiqəsində Azərbaycan ilk dəfə olaraq məhz 2013-cü ildə iştirak edib. Yarışmada ölkəmizi “Miss Azərbaycan- 2012” müsabiqəsinin qalibi Aysel Manafova təmsil edib. Müsabiqə uzun müddət, 60 ildən sonra ilk dəfə Rusiyada gerçəkləşib.

Emin və Araz Ağalarov ailəsinin təşkilatçılığı ilə keçirilən yarışma dünya standartlarına cavab verən “Krokus Siti Holl”da baş tutub. Şou iki mərhələdən ibarət olub. Noyabrın 5-də yarımfinal, noyabrın 9-da isə final mərhələsi baş tutub. Həmin vaxt müsabiqənin sahibi Tramp Donald mediaya açıqlamasında bildirib ki, təşkilatçılıq yüksək səviyyədədir və öncəki illərdən daha möhtəşəm şou baş tutacaq.Dünyanın 90 ölkəsindən gözəllərin qatıldığı müsabiqənin yarımfinal mərhələsində yalnız 16 iştirakçı finala vəsiqə qazanmaq imkanı əldə edib. "Kainat gözəli - 2013" müsabiqəsinin iştirakçıları finaldan 3 həftə əvvəl Moskvada toplaşıb. 25 oktyabrdan paytaxtda promo-həftə keçiriləcək, hər gün qızlar müxtəlif tədbirlərə qatılıblar.
Xatırladaq ki, “Miss Kainat” yarışması 1952-ci ildən etibarən keçirilir.
Fotolardan da gördüyünüz kimi, azərbaycanlı Aysel Manafova da həmin yarışmada iştirak edib. Bəs onun Trampla şəxsi tanışlığı necə baş tutub? Obamanın zarafatla dünyaya ötürdüyü bu məlumatın arxasında nə dayanır?
“Miss Azerbaijan” Milli gözəllik müsabiqələrinin təsisçisi və təşkilatçısı Anelya Orduxanova
“Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2013-cü ildə Trampla görüşən azərbaycanlı gözəl Aysel Manafova olub. Onun sözlərinə görə, Tramp gözələrlə təşkilatçıların təşkil etdiyi partidə bir araya gəlib: “Obamanın istehzası yersizdir. Tramp Miss USA-nın təşkilatçısı idi. O təşkilatçı kimi iştirakçılarla görüşür. Belə axşamlarda o, müsabiqənin iştirakçıları ilə söhbət edir. Burda pis məna ola bilməz. Ola bilər ki, onun daim gözəllərin arasında olmasına istehza edib. Amma o görüşdə pis məqsəd olmayıb”.





Müsahibimiz dedi ki, A.Manafova da onlara həmin parti barədə danışıb: “Aysel demişdi ki, orda iştirakçılar, təşkilatçılar var idi. Orda diskoteka olub, fürsət keçirilib. Klassik bir parti. Bizim Azərbaycandan olan gözəlin orda iştirakı da olduqca müsbət haldır. Pis heç nə axtarmaq lazım deyil”.Əməkdaşımız A.Manafova ilə əlaqə yaradıb, bu görüşün təfərrüatlarını öyrənmək istədi. Amma məlum oldu ki, o, hazırda Bakıda yoxdur və telefonlarına zəng çatmır.
A.Manafova 1990-cı il təvəllüdlüdür, boyunun uzunluğu 1.68 santimetrdir. Gimnastika və üzgüçülüklə məşğul olur.


Şəkilləri böyütmək üçün üstünə klikləyin:






















Şərhlər
Şou-biznes bölməsinin xəbərləri