Ted Kruz ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırıb
- 04.05.2016, 10:22,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Respublikaçılar Partiyasından olan namizəd, Texas ştatından seçilən senator Ted Kruz ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırıb.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə “Fox News” nəşri məlumat yayıb.
Bundan sonra ABŞ prezidenti postu uğrunda mübarizəni Respublikaçılar Partiyasından iki namizəd – Donald Tramp və Ohayo ştatının qubernatoru Con Keysik davam etdirəcək.
Qeyd edək ki, İndiana ştatında keçirilən praymer Trampın qələbəsi ilə yekunlaşıb.