Sumqayıtda 47 yaşlı kişi qətlə yetirilib
- 04.05.2016, 14:11,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıt şəhərində qətl törədilib.
Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə şəhərin 36-cı məhəllə adlanan ərazisində qeydə alınıb. Şəhər sakini, 1969-cu il təvəllüdlü Tapdıq Musayev naməlum şəxs və şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.