Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi

Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

İlk oyun günündə “Bavariya” və “Atletiko” qarşılaşıblar.

Madriddə keçirilmiş ilk görüşdə “Atletiko”ya uduzan (0:1) “Bavariya” öz meydanında məğlubiyyətin əvəzini çıxa bilsə də, bu, finala çıxmaq üçün yetərli olmayıb.

Gərgin məcrada keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Meydan sahibləri hesabı açan tərəf olublar. İlk hissə bu hesabla bitsə də, ikinci hissənin 10-cu dəqiqəsində Qrizman status-kvonu bərpa edib. Buna qədər isə artıq "Bavariya"lı Müller penaltidən fərqlənmək şansını boşa vermişdi. Yan Oblak yaxşı oynayaraq komadasını xilaskarı olmuşdu.

74-cü dəqiqədə Levandovski meydan sahiblərini ümidləndirsə də, münhenlilərin bundan artığına gücü çatmayıb. Üstəlik, az qala öz qapılarında qol da görəcəkdilər. Ancaq Fernando Torres də Müller kimi əlinə düşən 99%-lik imkanı boşa verib. Bu dəfə isə qurtarıcı rolunda Manuel Noyer çıxış edib.

Beləliklə "Atletiko" məğlub olsa da, səfərdə vurduğu qolun verdiyi üstünlüklə ilk finalçı olub.


Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
3 may

“Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) - 2:1
Qollar: Xabi Alonso, 31, Levandovski, 74 - Qrizman, 54
İstifadə olunmayan penaltilər: Müller, 34 (qapıçı) - Torres, 84 (qapıçı)

İlk oyun - 0:1
Hakimlər: Cüneyt Çakır, Çem Satman, Tarık Ongün, Sərkan Ok
Əlavə köməkçi hakimlər: Hüseyin Göçək, Barış Şimşək (hamısı Türkiyə)
Münhen. “Allyanz Arena”

“Bavariya”: Noyer, Xavi Martinez, Riberi, Levandovski, Duqlas Kosta, Xabi Alonso, Boatenq, Lam (k), Vidal, Alaba, Müller
Ehtiyat oyunçular: Ulrayx, Taşçı, Tiaqo Alkantara, Rafinya, Qötze, Koman, Kimmix

“Atletiko”: Oblak, Felipe Luis, Qodin, Koke, Qrizmann, Torres, Fernandes, Qabi (k), Saul Niqes, Xuanfran, Ximenes
Ehtiyat oyunçular: Moya, Saviç, Korrea, Karrasko, Lukas Hernandes, Partey, Vietto




APA
Şərhlər
İdman bölməsinin xəbərləri