Səmranın səhvinə görə Azərbaycanı cərimələyiblər? - İTV-dən açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün “Eurovision” təmsilçimiz Səmra Rəhimli “Globen Arena”da ilk məşqini edib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, müğənni səhnədə çıxışını “Youtube” sosial şəbəkəsində canlı yayımlayıb.

S.Rəhimli bununla da Avropa Yayım Birliyi (EBU) qaydalarını pozmuş olub. EBU qaydalarına görə,

“Eurovision” təmsilçilərinin ilk sınaq çıxışları yayımlanmamalıdır. Bu hüquq təkcə “Eurovision”un rəsmi saytı və “youtube” səhifəsinə aiddir.

“Eurovision Times” saytı iddia edir ki, EBU qayda pozuntusuna görə, Azərbaycan nümayəndə heyətinə xəbərdarlıq edib, cərimələyib.

Bu məqamda qeyd edək ki, ötən il eyni hadisəni Rusiya təmsilçisi Polina Gagarina da etmiş, EBU tərəfindən cərimələnmişdi.

“Qafqazinfo” mövzu ilə bağlı İTV-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Akif Cabbarlı ilə əlaqə saxlayıb.

“Əsassız xəbərlərdir. Bu məsələyə şərh bildirməyə belə ehtiyac yoxdur”,- deyə A.Cabbarlı bildirib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri