Baş hematoloq: Azərbaycan hemofiliyalı xəstələrini lazımi dərmanla təmin edən ölkələr sırasına daxil olub

Baş hematoloq: Azərbaycan hemofiliyalı xəstələrini lazımi dərmanla təmin edən ölkələr sırasına daxil olub Hemofiliyalı xəstələrin müalicəsi bahalı olsa da, onların bütün ehtiyacları dövlət tərəfindən ödənilir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov bu gün Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Hemofiliya mövzusuna dair keçirilən dəyirmi masada deyib.

Baş hemotoloqun sözlərinə görə, dünyada ölkələrin 80 faizində hemofiliyalı xəstələr lazımi dərman vasitələri ilə təmin olunmurlar: "Lakin ölkələrin 20 faizində hemofiliyalı xəstələr lazımi dərmanla təmin edilir. Azərbaycan da həmin ölkələr sırasına daxil olub".

C.Əsədov deyib ki, 2005-ci ildə Azərbaycanda Hemofiliyaya dair Dövlət Proqramı qəbul edilib.

Dövlət proqramlarının 5 illik olduğunu deyən Ç.Əsədov vurğulayıb ki, artıq sayca 3-cü olan 5 illik dövlət proqramının icrasına başlanılıb: "Dövlət proqramı qəbul olunmadan öncə xəstəliyin müalicəsi sahəsində vəziyyət acınacaqlı idi, müəyyən çətinliklər vadı. Lakin proqramın icrasından sonra bu sahədə vəziyyət yaxşılaşıb".

Baş hematoloq: Azərbaycan hemofiliyalı xəstələrini lazımi dərmanla təmin edən ölkələr sırasına daxil olub
Şərhlər
Sosial bölməsinin xəbərləri