ARDNF AMB və yeddi banka 46 mln. dollar satıb

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. dollar məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan APA-ya verilən məlumata görə, bu vəsaitdən 40,8 mln. dollar məbləğində vəsait 7 banka və 5 mln. dollar məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri