Əhməd Davudoğlu AKP lideri və baş nazir vəzifəsindən gedəcəyini açıqlayıb

Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu partiyanın mayın 22-nə təyin olunan fövqəladə qurultayında bu vəzifəyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.

APA-nın xəbərinə görə, Ə. Davudoğlu bunu keçirdiyi mətbuat konfransında bildirib.

Beləliklə, Ə. Davudoğlunun AKP sədrliyi və baş nazir vəzifəsindən istefası dəqiqləşmiş olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri