Lənkəranda ata qızını qətlə yetirib
- 15.06.2013, 19:43,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Lənkəranda dəhşətli qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə iyunun 15-də günorta saatlarında şəhərin Dədə Qorqud küçəsi, ev 2, mənzil 5 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1957-ci il təvəllüdlü Ramiz Kazım oğlu Əliyev çoxsaylı bıçaq zərbələri ilə qızı, 1987-ci il təvəllüdlü Xəyalə Əliyevanı qətlə yetirib. İlkin versiya kimi qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. R.Əliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.