Ağ Ev: Davudoğlunun istefası ABŞ-Türkiyə əməkdaşlığına təsir etməyəcək
- 06.05.2016, 10:11,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefa verməsi ABŞ-Türkiyə əməkdaşlığına təsir etməyəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Coş Ernest deyib.
“Baş nazir ABŞ-ın yaxşı tərəfdaşı olub, biz ona liderliyinə görə minnətdarıq. Düşünmürəm ki, bu bizim Türkiyə ilə birgə fəaliyyətimizə, İŞİD-in zəifləndirilməsi və məhv edilməsi üzrə strategiyamıza hansısa şəkildə təsir edəcək” , - deyə o qeyd edib.
Ernestin sözlərinə görə, Ankara Suriya ilə sərhədin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atıb. “Onlar əcnəbi silahlıların axınını azaldaraq üçün mühüm irəliləyişə nail olublar.
Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası mayın sonunda yeni rəhbərliyin seçilməsinə həsr olunmuş növbədənkənar iclas keçirəcək. Davudoğlu partiya rəhbəri postuna öz namizədliyini irəli sürməyəcəyini bildirib.
Türkiyədə ənənəvi olaraq hakim Ədalət və İnkişaf Partiyasının rəhbəri baş nazir postuna təyin olunur.