Sabirabadda iki avtomobil toqquşub, bir ailənin beş üzvü xəsarət alıb

Sabirabad rayonunda baş verən yol qəzasında bir ailənin beş üzvü ağır xəsarətlər alıb.

APA-nın məlumatına görə, hadisə səhər saat 7.00 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının 18-ci kilometrliyində, Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb. “Mercedes” markalı, 01 BR 882 dövlət nömrə nişanlı avtomobillə İmişli rayon sakini, 1985-ci il təvəllüdlü Muradov Raqif Ənvər oğlunun idarə etdiyi “VAZ 21099” markalı, 30 BF 792 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə “VAZ 21099” markalı avtomobilin sürücüsü və sərnişinləri, 1975-ci il təvəllüdlü İmanov Müşkül Yolçu oğlu, 2002-ci il təvəllüdlü İmanzadə Elvin Müşkül oğlu, 2004-cü il təvəllüdlü İmanlı Aysun Müşkül qızı və 1984-cü il təvəllüdlü İmanova Gülarə Ənvər qızı ağır xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisəyə səbəb “Mercedes” markalı avtomobilin “VAZ 21099” markalı avtomobilin hərəkət zolağına çıxması olub.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri