Stokholmdakı “Globen Arena”da “Eurovision” iştirakçılarının məşqləri davam edir.
“Qafqazinfo” xəbər verir ki, ötən gün 20 ölkə təmsilçisi mahnılarını canlı ifa edib, səhnə şousu göstəriblər.
Artıq ikinci məşqdə müğənnilər “Eurovision”da geyinəcəkləri libaslarla səhnəyə çıxıblar.
Ötən gün Azərbaycan təmsilçisi Səmra Rəhimli də “Eurovision” səhnəsində çıxış edib.
Həmyerlimiz ilk məşqinə nisbətən uğurlu çıxış edib. S. Rəhlimli “Globen Arena” səhnəsində ağ və qızılı rəngli iki geyimdən istifadə edib.
İki geyim arasında qərarsız qalan müğənni sosial şəbəkədə paylaşım edib, fanatlarından ona kömək etmələrini xahiş edib.
Bundan əlavə səhnədə təmsilçimizin başına iş gəlib. S.Rəhimli səhnədə şou göstərən zaman paltarı cırılıb.
Həmin anın fotoları “Eurovision” fan səhifələrində paylaşılıb.
Müğənni məşqdən sonra mətbuat orqanları ilə görüşüb, onların suallarını cavablandırıb.
“Eurovision” iştirakçısı hələ də səhhətinin düzəlmədiyini vurğulayıb.
Daha sonra S.Rəhimlinin fanatları tərəfindən hazırlanan “Səmra, tez sağal” adlı videoçarx nümayiş olunub.
İfaçı mətbuat konfransında Azərbaycanın xalq mahnısı olan “Sarı gəlin”i ifa edib.
Bunun ardından ölkə təmsilçisi ən böyük “Eurovision” dəstəkçisi olan “wiwibloggs”a müsahibə verib.
Səmranın səmimi müsahibəsi Avropa tamaşaçının rəğbətini qazanıb.
“Deyəsən bu il “Eurovision” tamam fərqlidir. Səmimiyyət və maraqlı müsahibələr var.
Sizcə bu qız saxtadır, yoxsa real? Şübhəsiz ki, real və səmimidir”,-deyə “Eurovision” fan səhifələri qeyd edib.