ADPU-nun keçmiş rektoru təhsil nazirinin müşaviri təyin edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin keçmiş rektoru Yusif Məmmədova yeni vəzifəyə təyin edilib.


Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bundan sonra Yusif Məmmədov təhsil nazirinin müşaviri kimi fəaliyyət göstərəcək.


Qeyd edək ki, Yusif Məmmədov bir neçə gün öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsindən azad olunub.
Şərhlər
Sosial bölməsinin xəbərləri