Bu gün “Eurovision – 2016” mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Stokholmda rəsmi mərasimdən sonra “Eurovision” iştirakçılarının qırmızı xalça yürüşü başlayıb.
95 metr uzunluğunda olan xalçadan keçid yerli vaxtla saat 19:00-da start götürüb.
Mərasimi ötən il İsveçə qalibiyyət gətirən Måns Zelmerlöw və müsabiqənin aparıcısı Petra Mede açıb.
Daha sonra sıra ilə mahnı yarışmasının iştirakçılarının keçidi başlayıb.
Azərbaycan təmsilçisi Səmra Rəhimli 23-cü sırada qırmızı xalçada görünüb, jurnalistlərin suallarını cavablandırıb.
Norveçin “Eurovision-2016 təmsilçici Agnete isə qırmızı xalça yürüyüşündən imtina edib. Müğənni dincəlməyə ehtiyacı olduğunu və bu səbəbdən imtina etdiyini açıqlayıb.
48:08-dən 50:30 dək Səmranın qırmızı halıya çıxışı.