“Qarabağ” “İnter”ə qalib gəldi
- 14.04.2013, 00:48,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bugün Azərbaycan Premyer Liqasının 26-cı turunun oyunları baş tutub. Turun ən maraqlı qarşılaşması Ağdamın “Qarabağ” klubu ilə Bakının “İnter” klubu arasında olub.
Bu oyunda Qarabağ” “İnter”ə 3-2 hesabı ilə qalib gəlib. Görüşün 25-ci dəqiqəsində Maksim Medvedyev hesabı açıb. İlk hissə elə bu hesabla da başa çatıb.
İkinci hissə başlayan kimi, Ağdam təmsilçisi Vüqar Nadirovla 2-ci qolu “İnter”in qapısından keçirib. Lakin paytaxt komandasının oyunçusu Yuri Fomenkonun 54 və sonradan 57-ci dəqidədə Fuad Bayramovun vurduğu qollarla hesaba tarazlıq gətirilib.
79-cu dəqiqədə isə Emaka Opara “Qarabağ”a həm 3 xalı, həm də turnir cəvəlində 2-ciliyi gətirib.
Qeyd edək ki, 48 xal toplayan “Qarabağ” “Neftçi” ilə arasındakı 3 xallıq fərqi qoruyub.