Bakı metrosunda ölən şəxsin kimliyi məlum olub
- 11.05.2016, 13:26,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda metroda ölən sərnişinin şəxsiyyəti müəyyənləşib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, araşdırmalar nəticəsində dünyasnı dəyişən şəxsin, Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Həsənov Emin Hüseynağa oğlu olması müəyyən edilib. E. Hüseynov həkim olub. İlkin ehtimala görə, o ürəktu tmasından vəfat edib.
***
Bakı metrosunda ölüm hadisəsi baş verib.
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Bakı Metropoliteninin Qara Qarayev stansiyasında qeydə alınıb. Platformada olan sərnişinlərdən biri qəfildən vəfat edib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib: “Yaşlı bir kişi platformada olan zaman özünü pis hiss etdiyi üçün təcilli tibbi yardım çağırılıb. Lakin həkimlər gələnədək o dünyasını dəyişib. Hazırda araşdırma aparılır”.