Aysel Əlizadə: “Özbaşına olsaydım, o cür filmlərdə çəkilərdim”

Müğənni Aysel Əlizadə ailə qurmaqla bağlı arzusunu dilə gətirib.

Yeni Musavat xəbər verir ki, müğənni bu haqda jurnalistlərin suallarını cavablayan zaman danışıb.

O, bildirib ki, ailəsi üçün sənətindən imtina etməyə hazırdır: “Artıq ailə qurmağı düşünürəm. Bəy namizədim yoxdur, lakin qismətə çox inanıram. Hər xanım kimi mən də gözəl ailəmin olmasını istəyirəm. Ərə gedəcəyim şəxs sənətimi qəbul etsə, sevinərəm. Qəbul etməyib, məni şou-biznesdən uzaqlaşdırsa, onunla razılaşaram. Ailə müqəddəsdir. Ailə qurub sənətdən uzaqlaşdıqdan sonra geri qayıtmaq istəmirəm. Sevdiyim şəxsə hər şeyi qurban verərəm”.

Müğənni ona edilən aktrisalıq təklifindən də bəhs edib: “Müğənnilər aktrisalardan geri qalmır. Bizim də bacarığımız var. Kefin olmayan zaman çıxıb efirdə gülümsəyirsənsə, deməli, rola girə bilirsən. Təkliflər olsa da, özümə uyğun rolu gözləyirəm. “Kurtlar Vadisi” kimi serialda çəkilmək istəyirəm. Özümü qatil və ya döyüşçü obrazında görürəm. Hər kəs mənə şıltaq qız obrazını yaraşdırır. Lakin mən daha çox davalı filmləri sevirəm. Mən açıq-saçıq səhnələri olan filmlərdə çəkilmərəm. Başqa ölkədə, cəmiyyətdə yaşasaydım, özbaşına olsaydım, o cür filmlərdə çəkilərdim. Hazırda ailəmi, valideynlərimi düşünməliyəm”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri