"Azneftyağ"ın ərazisi 2018-ci ilin yayında "Bakı Ağ Şəhər" layihəsinin icrasına veriləcək

"Bakı Ağ Şəhər" layihəsinin sürətlə həyata keçirilməsinə maneə törədən amillərdən biri həmin ərazidə "Azneftyağ" müəssisəsinin bir neçə qurğusunun fəaliyyət göstərməsidir".


APA xəbər verir ki, bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.


"Söhbət bitum qurğusundan və neftin ilkin emalı ilə məşğul olan qurğulardan gedir. "Azneftyağ" olduqca köhnə zavoddur. Bildiyimiz kimi, əslində, ötən ilin yanvarından bu zavodun istismar müddəti başa çatıb. Buna baxmayaraq, sözügedən qurğular hələ də fəaliyyət göstərir. Biz hal-hazırda Heydər Əliyev adına neft emalı zavodunda sürətlə yenidənqurma işlərini aparırıq. Yeni bitum qurğusunun inşası bizim üçün prioritetdir. 2018-ci ilin yayında istehsal gücü ildə 400 min ton olan yeni bitum qurğusunu istismara verəcəyik. Bundan sonra "Azneftyağ"a məxsus qurğuların istismarı dayandırılacaq. Bundan sonra orada təmizlik işləri aparılacaq və "Bakı Ağ Şəhər" layihəsinin icrasına veriləcək", - deyə T. Qəhrəmanov bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri