Avropa Yayım Birliyi Ermənistan nümayəndəsinin “Eurovision”dakı təxribatını pisləyib
- 12.05.2016, 00:32,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Yayım Birliyi (AYB) Ermənistan təmsilçisinin birinci yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı dalğalandırmasını pisləyib.
APA-nın məlumatına görə, qurumun bəyanatında bu cür halların “Eurovision” mahnı müsabiqəsinin adına xələl gətirəcəyi bildirilir.
Qurumun nəzarət qrupu qaydalara əsaslanaraq Ermənistanın yayım hüququ olan “AMPTV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi qrupun iyunda keçiriləcək iclasında müəyyən olunacaq. Nəzarət qrupu qaydaların pozulmasının ölkənin bu il müsabiqədən kənarlaşdırılması və digər əlavə tədbirlərin tətbiqi ilə nəticələnə biləcəyini bəyan edib.