Meksikada güclü zəlzələ baş verib
- 16.06.2013, 11:39,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gecə Meksikada 6 bal gücündə zəlzələ baş verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Latın Amerikası ölkələrinin Seysmoloji Xidmətindən bildiriblər.
Yeraltı təkanların episentri Herrero ştatının cənubi-qərbində yerləşib. Paytaxt Mexikoda zəlzələnin maqnitudası 5,9 təşkil edib.
Məlumata görə, zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb.
Mexikonun bir sıra rayonlarına elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Yeraltı təkanlardan sonra minlərlə insan təşviş içində evlərindən küçələrə axışıb.