Səmranın “Eurovision-2016”-nın finalında səhnəyə neçənci çıxacağı bəlli olub

Mayın 14-də Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin final şousu baş tutacaq.


Müsabiqənin II yarımfinal şousunun qalibləri müəyyən edildikdən sonra daxili püşkatma keçirilib.


Final şousunda ölkə təmsilçilərinin səhnəyə çıxma ardıcıllığı müəyyən edilib. Belə ki, Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli səhnəyə 4-cü nömrə altında çıxacaq. Yarışmaya Belçika təmsilçisinin ifası ilə start veriləcək. Son olaraq isə səhnəyə Ermənistan təmsilçisi çıxacaq.


Tamaşaçılar ölkə təmsilçilərini aşağıdakı ardıcıllıqla izləyəcəklər:

1. Belçika
2. Çexiya
3. Niderland
4. Azərbaycan
5. Macarıstan
6. İtaliya
7. İsrail
8. Bolqarıstan
9. İsveç
10. Almaniya
11. Fransa
12. Polşa
13. Avstraliya
14. Kipr
15. Serbiya
16. Litva
17. Xorvatiya
18. Rusiya
19. İspaniya
20. Latviya
21. Ukrayna
22. Malta
23. Gürcüstan
24. Avstriya
25. Böyük Britaniya
26. Ermənistan

Qeyd edək ki, qaydalara əsasən, finalda 26 ölkə iştirak edəcək. Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

61-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri