Qəbələdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəsmi dəvəti ilə mayın 14-də Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Azərbaycana rəsmi səfəri planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub.

Müdafiə nazirlərinin Qəbələyə səfəri mayın 15-dək davam edəcək.
Şərhlər
Siyasət bölməsinin xəbərləri