Astarada mikroavtobus yük maşını ilə toqquşub, dörd nəfər ölüb, yeddi nəfər xəsarət alıb

Ələt-Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə saat 10 radələrində Astara rayonunun Çayova kəndi ərazisində qeydə alınıb.

“Ford” markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 4 sərnişin ölüb, 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri