Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin xarici dövlət borcunu 5 dəfə üstələyib

Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin xarici dövlət borcunu 5 dəfə üstələyib 2016-cı ilin I rübünün sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 25 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 5 dəfə üstələyib.


Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının pul siyasəti icmalında deyilir.


İcmalda deyilir ki, hesabat dövründə ölkənin strateji valyuta ehtiyatları zəruri həcmdə qorunub.


Ölkənin aprelin 1-nə olan strateji valyuta ehtiyatları 38 milyard dolları ötür. SOFAZ-ın aktivləri 34,25 milyard dollar təşkil edir. Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyataları isə 4065,8 milyon dollardır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri