Bakıda 4 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşdi

Bakı şəhəri, Sabunçu rayonunda 1996-cı il təvəllüdlü 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. ANS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, vətəndaş nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 14:35-də başa çatıb.

Sabunçu rayonunda baş verən bənzər hadisə zamanı 1992-cı il təvəllüdlü 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Yenə eyni rayonda baş verən hadisə zamanı 1992-cı il təvəllüdlü 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 18:06-da başa çatıb.

Xəzər rayonunda da boğulmaq təhlükəsi ilə üzləşən olub. 2005-ci il təvəllüdlü 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 20:05-də başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri