Mayın 14-də Stokholmun “Globe” arenasında keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin qalibi müəyyən edilib.
“Eurovision 2016” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında Ukrayna təmsilçisi Camala olub. O, 534 xalla birincilik əldə edib. O ölkələrin çoxundan 12 xal alıb.
Azərbaycan təmsilçisi Səmra Rəhimli isə müsabiqədə 17 yeri tutub. Tamaşaçı səsverməsi Azərbaycana əlavə 73 xal gətirib. Beləliklə, Azərbaycan təmsilçisi Səmra Rəhimli müsabiqədə 117 xal toplayıb.
Qeyd edək ki, Rusiya və İsveç Azərbaycana 10 xal verib.
Bosniya, Malta, İspaniya, Niderland, Yunanıstan, Makedoniya -1, Kipr, Belarus -2 xal, Ukrayna, Macarıstan – 7 xal verib.
Azərbaycan isə 8 balı Bolqarıstana, 10 balı Ukraynaya, 12 balı isə Rusiyaya verib.
Ukrayna 534 , Avstraliya 511, Rusiya 491 xalla “Eurovision 2016” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar.
Qeyd edək ki, İsveçdə keçirilən 61-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. “Eurovision 2016” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Səmra Rəhimli səhnəyə 4-cü çıxaraq “Miracle” mahnısını səsləndirib.
Beləliklə, “Eruovision 2017” yarışması Ukraynada baş tutacaq.