Göyçay sakini həmkəndlisini güllələyib
- 16.05.2016, 12:16,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Göyçayda silahlı insident olub.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Alıkənd kənd sakini, 1966-cı il təvəllüdlü Raqif Məmmədov ot biçimi üstündə düşən mübahisə zəminində həmkəndlisi, 1986-cı il təvəllüdlü Nurlan Məmmədovu ov tüfəngi ilə güllələyib. Təcilli xəstəxanaya çatdırılan N. Məmmədovu xilas etmək mümkün olub.
Hadisəni törədən R. Məmmədov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.