Səmra Rəhimli qalmaqallı fotoşəkildən danışdı

Səmra Rəhimli qalmaqallı fotoşəkildən danışdı Mənim üçün gözlənilməz oldu. Yaxınlaşdı ki, şəkil çəkdirək. Gözlənilmədən qucağına qaldırdı. Sonradan o, ispaniyalı iştirakçını, fransalı iştirakçını qucağına qaldırdı.

Bu sözləri Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində təmsil etmiş Səmra Rəhimli “ASAN Radio”nun efirində bildirib.

Yaranmış vəziyyətin problem olmadığını deyən müğənni, həmin niderlandlı gəncin şən bir insan olduğunu qeyd edib.

“Sadəcə olaraq, mənim paltarıma görə qabarıq şəkildə göründü. Bunun pis olduğunu vurğulamaq... Oldu keçdi”, - deyə, o, bildirib.

Səmranın sözlərinə görə, Azərbaycan hər il “Eurovision”da böyük uğurla imza atır.

“Hər il “Eurovision”da gözəl çıxışlar olur, hər il finaldayıq. Axırıncı yerləri tuturuqsa, o demək deyil ki, biz pis təmsil olunuruq. Biz əlimizdən gələni etmişik, çıxışlarımız yadda qalan olub.

Finaldan sonra məni bir çox ölkələr təbrik etdilər. Sevinmək lazımdır ki, bizim ölkəmiz hər il gözəl təmzil olunur, hər il çox ciddi (müsabiqəyə) yanaşırıq”.


Oxu.Az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri