Lionel Messi vergi ödənişindən boyun qaçırmaqda ittiham edilirlər
- 16.06.2013, 15:47,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Barselona”nın hücumçusu Lionel Messi və atası Orasio Xorxu Messi vergi ödənişindən boyun qaçırmaqda ittiham edilirlər. Barselona şəhərinin vergi məmuru Messi və onun atasının 2007, 2008 və 2009-cu illərdə dövlətə vergi ödəmədiyini iddia edərək, həmin şəxslər haqqında məhkəməyə şikayət edib.
Messi bu 3 il ərzində təxminən 4 milyon avro dəyərində vergidən boyun qaçırıb. Artıq prokuror Rakel Amadonun imza ilə iş Lionelin yaşadığı Barselonanın Qava bələdiyyəsində baxılacaq.
Qeyd edək ki, Lionel Messi bu xəbərə artıq münasibət bildirib. Məlumata görə, argentinalı futbolçu bu informasiyanı mətbuatda oxuduqdan sonra təəccüblənib.
Messi belə bir hadisənin olmadığını “Facebook” səhvəsində yazıb: “Biz indi İspaniyanın vergi orqanlarından ittiham edildiyimizi KİV-dən oxuduq. Belə xəbərlərin mətbuatda çıxması bizi təəccübləndirdi. Çünki heç vaxt qanunu pozmamışıq. Həmişə bütün vergi öhdəliklərimizi yerinə yetirmişik. Hazırda bizim bu işlə məşğul olan şəxs vəziyyəti aydınlaşdırır”.
live.az