Azərbaycanı “Ural mono” festivalında təmsil edəcək iştirakçı məlum olub
- 16.05.2016, 23:21,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanı beynəlxalq XVIII “Ural mono” festivalında təmsil edəcək iştirakçı məlum olub.
Sözügedən müsabiqənin azərbaycanlı münsifi, müğənni Roza Zərgərli Live.az-a açıqlama verərək bildirib ki, bu il Azərbaycanı gənc vokalçı Nicat Rəhimov təmsil edəcək: “Bu günə qədər dünyanın müxtəlif ölkələrində keçirilən müsabiqələrdə münsif olmuşam. Amma münsif olaraq bu yarışa ilk dəfədir ki, dəvət alıram. Həmin müsabiqədə dünyanın müxtəlif ölkələrinin iştirakçıları öz ifalarını təqdim edəcəklər. Bu il ölkəmizi Nicat Rəhimov təmsil edəcəyi artıq dəqiqləşib. Onun ifasına, potensialına əminəm. Düşünürəm ki, Azərbaycana gözəl nəticə ilə qayıdacağıq”.
Qeyd edək ki, beynəlxalq XVIII “Ural mono” festivalında Azərbaycandan 2 alət ifaçıları, Mədinə Şaxqeldiyeva və Aygün Həsənova da iştirak edəcək.