Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında görüş başa çatıb.
APA-nın məlumatına görə, danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Andriyo, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro, ABŞ-ın dövlət katibi Con Kerri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir iştirak edib.
// 23:59 4 günlük müharibədən sonra ilk görüş başladı
Aprel ayının əvvəllərindən baş verən 4 günlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanada görüşüb.
ANS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsdərləri, ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edir.
// 23:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Avstriya Respublikasina işgüzar səfəri çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.
Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin son dövrlər cəbhə xəttində baş verən hadisələrdən narahatlığını ifadə etdi. Bu səbəbdən də həmsədr dövlətlərin Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsi qənaətinə gəldiklərini vurğulayan Con Kerri bu görüşdə bir sıra məsələlərlə bağlı müəyyən razılığın əldə olunmasının vacibliyinə toxundu.
ABŞ-ın dövlət katibi tərəflərin danışıqlar masası arxasına qayıtmalarını, qarşılıqlı etimad tədbirlərinin və anlaşmanın gücləndirilməsini istədiklərini bildirdi. Qeyd etdi ki, bu yolla danışıqlar prosesinə konstruktiv xarakter verilməli və danışıqlar davam etdirilməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev bu görüşün təşkilinə görə Amerika Birləşmiş Ştatlarının dövlət katibinə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı bu məsələlər ətrafında danışıqların davam etdirilməsinə hazır olduğunu vurğuladı.
// 22:55 Az sonra Əliyevin Kerri ilə Qarabağ görüşü başlayacaq
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Diplomatiyasının rəhbəri Federika Moqerini ilə görüşü başa çatıb.
ANS-in məlumatına görə, bu barədə Azərbaycan nümayəndə heyətindəki mənbə "RİA Novosti" agentliyinə xəər verib.
Mənbə bildirib ki, bu dəqiqələrdə prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə məsləhətləşmələri başlayacaq: "Bu görüş Minsk Qrupu həmsədrlərinin iclasından əvvəl baş tutacaq".
Hazırda Con Kerri Ermənistan prezidenti Serj Sarkisyan ilə məsləhətləşmələr aparır.
22:40 / Əliyev Moqerini ilə Qarabağı müzakirə edib
Mayın 16-da Avstriya Respublikasına işgüzar səfərə gələn Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşü olub.
ANS-in məlumatına görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyi qeyd edilib və səfərin yaxşı nəticələrinin olduğu bildirilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı anlaşma və etimad tədbirləri nəticəsində atəşkəs rejiminə riayət olunmasının vacibliyi vurğulanıb, bu ilin aprelin əvvəlində qoşunların təmas xəttində baş vermiş hadisələr müzakirə edilib.
///

20:51 / Əliyev, Sarkisyan və Moqerini danışıqlara başladı
Avropa diplomatiyasının rəhbəri Federika Moqerini Azərbacyan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara başlayıb.
ANS-in məlumatına görə, bu barədə nümayəndə heyətlərindəki mənbə TASS agentliyinə bildirib.
"İki ölkənin prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri ilə danışıqlarındən əvvəl Moqerini Əliyev və Sarkisyanla görüşür", - mənbə bildirib.
20:36 / Qarabağ üzrə danışıqlar başladı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlara başlayıb.
ANS-in məlumatına görə, bu görüş Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən öncə baş tutub.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədri kimi prezidentlər arasında aparılan görüşdə iştirak edəcəklər.
16:15 / Federika Mogerini prezidentlərin görüşünü təsdiqlədi
"Azərbaycan və Ermənistan prezidentləri bu axşam görüşəcəklər." ANS-in məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini öz “Twitter” səhifəsində yazıb.
Öz tvitində Mogerini hazırda Liviya üzrə danışıqların keçirildiyini, axşam Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün, sabah isə Suriyaya Beynəlxalq dəstək qrupunun iclasının keçiriləcəyi haqda məlumat verib.