Azərbaycanda bu il avtobusla 503 milyon, taksi ilə 20 milyon sərnişin daşınıb
- 18.05.2016, 14:10,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Cari ilin yanvar-aprel aylarında nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 39,6 mln. ton yük, 522,7 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bununla da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artım qeydə alınıb.
Sərnişinlərin 96,2%-i (502 milyon 837 min 400 nəfər) avtobus, 3,8%-i (19 milyon 862 min 600 nəfər) isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Bundan başqa, avtomobil nəqliyyatı ilə qeyd olunan dövrdə daşınan yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.
Qeyd edək ki, ümumilikdə cari ilin yanvar-aprel ayları ərzində nəqliyyat sektorunda sərnişindaşımaların 87,8%-i, yükdaşımaların isə 59,9%-i avtomobil nəqliyyatının payına düşür.