Elçin Cəfərovun "love story"-ni klip kimi təqdim elədilər

Elçin Cəfərovun "love story"-ni klip kimi təqdim elədilər Hazırda Maldiv adalarında xanımı Aydanla bal ayında olan məşhur müğənni Elçin Cəfərov toyu üçün çəkdirdiyi qısa sevgi hekayəsini təqdim edilib.


Live.az-ın məlumatına görə, videonun müəllifi Cəlal Kəngərli "love story"ni (azərbaycanca "sevgi hekayısi") növbəti əl işi kimi öz səhifəsinə təqdim edib.


"Sevgi hekayəsi" "İlk və Son" adlanan mahnıya çəkilib.


Sözləri Elçinin həyat yoldaşı Aydan Cəfərova-Rüstəmxanlıya, musiqisi ifaçının özünə və aranjimanı Tərlan Məmmədhüseynova məxsusdur.


Xatırladaq ki, bəzi saytlar "love story"ni müğənin klipi kimi təqdim edib.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri