Safura Əlizadə Səmra Rəhimli çıxışı haqda danışıb

"Eurovision 2010" beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edən Safura Əlizadə Səmra Rəhimli haqqında danışıb.


Live.Az 1news-a istinadən xəbər verir ki, Səmra Rəhimlinin ifasını bəyənən Safura: "Eurovisin 2016"nı sona kimi izlədim. Mənim fikrimcə mahnımız çox gözəl idi və layiqli yerlərdən birini tuta bilərdi. Azərbaycanın nümayəndəsi Səmra Rəhimliyə gəlincə, onu deyə bilərəm ki, "Miracle" mahnısı mənim çox xoşuma gəldi və Səmra da mahnının öhdəsindən məharətlə gəldi".


Müsabiqədə yer tutmağın əsas olmadığını söyləyən Safura bu sözləri də qeyd edib: "17-ci yer - bu əsas deyil. Əsas odur ki, "Miracle" mahnısı dünya səviyyəsinə uyğun olan musiqi formatında və yaddaqalan idi. Ən əhəmiyyətlisi budur. Yaradıcılıq təcrübəsinə malik olaraq, onu deyə bilərəm, mənim konkurs kompozisiyasım "Drip drop " indiyə qədər radioda səslənir və Avropa kanallarında klipi yayımlanır. Mənbə: 1news.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri