Səfir: “İsrail öz siyasətinə uyğun olaraq heç bir ölkə ilə hərbi əməkdaşlığı barədə fikir bildirmir"

“İsrail öz siyasətinə uyğun olaraq heç bir ölkə ilə hərbi əməkdaşlığı barədə fikir bildirmir”.

APA-nın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

O bildirib ki, İsrail Azərbaycanla hər iki xalq üçün faydalı olan əlaqələri genişləndirmək və dərinləşdirmək istəyir: “İsrail Azərbaycanın həqiqi dostudur. Biz Azərbaycanla münasibətlərə böyük önəm veririk”.

Qeyd edək ki, İsraillə Azərbaycan arasında hərbi-texniki sahədə də geniş əməkdaşlıq mövcuddur. Aprelin əvvəllərində cəbhədə baş verən döyüş toqquşmalarında Azərbaycan Ordusu erməni mövqelərinə İsraildən aldığı pilotsuz uçan aparatlar və digər silahlardan ağır zərbələr endirmişdi.

Bu fakt Ermənistan tərəfində ciddi ajiotaj yaratmış, müzakirələrə səbəb olmuşdu. Bunun ardınca isə İsrailin Azərbaycana silah və texnika satışını dayandırdığına dair məlumatlar yayılmışdı.
Şərhlər
Siyasət bölməsinin xəbərləri