“Sevilya” ardıcıl 3-cü dəfə Avropa Liqasının qalibi olub

“Sevilya” ardıcıl 3-cü dəfə Avropa Liqasının qalibi olubUEFA Avropa Liqasında final matçı keçirilib.


Final oyununda “Liverpul”u məğlub edən “Sevilya” Avropanın ikinci dərəcəli klub turnirində çempionluq sevinci yaşayıb.


Son 10 ildə 5-ci dəfə finala yüksələn Əndəlüslülər çətin sınaqdan bu dəfə də üzüağ çıxıblar. Unay Emerinin yetirmələri hesabda geri düşsələr də, əsl xarakter göstərərək ardıcıl 3-cü, ümumilikdə isə 5-ci dəfə əsas mükafata yiyələniblər.


Hesabı Staricin vurduğu baxımlı qolla ingilislər açıblar. İlk hissə mersisaydlıların minimalhesablı üstünlüyü ilə başa çatıb. İkinci yarı başlayan kimi Qameyro status-kvonu bərpa edib. Bu komanda üçün inam mənbəyi olub.


Daha sonra kapitan Kokenin iki qolu artıq qalibiyyətə şübhə yeri qoymayıb.


Qeyd edək ki, ispan klubu Avroliqanın qalibi olmaqla yanaşı gələn mövsüm üçün Çempionlar Liqasında mübarizə aparmağa da haqq qazanıb. “Liverpul” isə Avrokuboklarda çıxış etmək üçün əlinə düşən son şansdan da yararlana bilməyib.


Avropa Liqası
Final
18 may

“Liverpul” (İngiltərə) - “Sevilya” (İspaniya) - 1:3
Qol: Staric, 35 - Qameyro, 46, Koke, 64, 69
Şərhlər
İdman bölməsinin xəbərləri