Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsində sağ qalan iki nəfər Ukrayna vətəndaşıdır
- 19.05.2016, 12:39,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın “Silkway” aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində sağ qalan iki nəfər Ukrayna vətəndaşıdır.
APA-nın “mk.ru” saytına istinadən verdiyi xəbərə görə, onlardan ikisinin də vəziyəti ağırdır.
Qeyd edək ki, mayın 18-də “Silkway” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.
Komissiya üzvlərinin bu gün hadisə yerinə gedəcəyi gözlənilir.