Şirvanda avtomobil iki piyadanı vurub, onlardan biri ölüb, digəri sınıq xəsarətləri alıb
- 17.06.2013, 01:37,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şirvan şəhərində ölümlə nəticələnən avtoqəza baş verib.
Şirvan Şəhər Polis Şöbəsindən APA-nin Mil-Muğan bürosuna verilən məlumata görə, iyunun 16-da saat 22.00 radələrində H. Əliyev prospektində Şirvan sakini, 1946-cı il təvəllüdlü Vəliyev Rəşid Soltan oğlu idarə etdiyi “VAZ 2104” markalı, 90 LK 402 dövlət nömrə nişanlı avtomobillə yolu keçən iki piyadanı vurub. Piyadalardan biri - Şirvan sakini, Energetik küçəsi, 235 ünvanında yaşayan, 1944-cü il təvəllüdlü Məmmədova Gülarə Rza qızı hadisə yerində ölüb, digər piyada - Xanlar küçəsi, 32 ünvanında yaşayan, 1968-ci il təvəllüdlü Orucova Zülfiyyə Cəfər qızı sınıq xəsarəti ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.