Sumqayıtda ər arvadını öldürdükdən sonra intihara cəhd edib
- 19.05.2016, 12:40,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıtda qətl törədilib.
Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Tağıyev qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Famil Adıgözəlov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Xalidə Adıgözəlovanı bıçaqlayaraq öldürüb. F. Adıgözəlov daha sonra özünə bıçaqla xəsarət yetirib.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.