Göyərtəsində 66 nəfər olan Paris-Qahirə təyyarəsinin Aralıq dənizinə düşdüyü ehtimal edilir
- 19.05.2016, 12:42,
- Dünya / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Paris-Qahirə reysini həyata keçirən “EgyptAir” aviaşirkətinə məxsus təyyarənin dənizə düşdüyü ehtimal edilir.
APA-nın xəbərinə görə, bu barədə Misirin Mülki Aviasiya Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, təyyarənin Aralıq dənizinə düşdüyü güman edilir.
Ötən gün yerli vaxtla saat 23:09-da Paris hava limanından qalxan təyyarənin göyərtəsində 56 sərnişin və 10 ekipaj üzvünün olduğu, Misir ərazisinə girəndən sonra 11277 metr yüksəklikdə yoxa çıxdığı bildirilir.
***
Paris-Qahirə reysini həyata keçirən “EgyptAir” aviaşirkətinə məxsus təyyarə radar ekranlarından itib.
APA-nın xəbərinə görə, bu barədə “Sky News Arabia” məlumat verib.
“Airbus 320”-nin göyərtəsində heyət üzvləri də daxil olmaqla 58 nəfər olub.
Son məlumatlara əsasən, pilotların son danışıqları Afina və yaxud Türkiyə hava məkanında olub. Heyət bundan sonra əlaqəyə girməyib.