Fransa prezidenti Paris-Qahirə reysi ilə uçan təyyarənin qəzaya uğradığını bəyan edib
- 19.05.2016, 18:17,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransa prezidenti Fransua Olland Paris-Qahirə reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğradığını bəyan edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o bildirib ki, qəza Aralıq dənizində baş verib.
Fransa prezidenti təyyarənin qalıqlarının qəzanın səbəbini öyrənməyə imkan verəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, F. Olland misir həmkarı Abdel Fettah əs-Sisi ilə məsələni müzakirə edib. Onlar axtarış işlərində sıx əməkdaşlıqla bağlı razılığa gəliblər.
Xatırladaq ki, Parisdən Qahirəyə uçan “EgyptAir” hava şirkətinə məxsus MS804 təyyarəsi Aralıq dənizi üzərində olarkən radarlardan itib. Onun göyərtəsində 56 sərnişin və 10 heyət üzvü olub. Onların taleyi barədə hələlik heç bir məlumat yoxdur.