Müğənni Günay İbrahimli ona ev hədiyyə edilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Live.az-ın məlumatına görə, Yeni Musavata açıqlama verən sənətçi bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Efirlər reytinq xətrinə yalan xəbərlər verir. Mənə sual verildi ki, hədiyyə almağı sevirsiz? Mən də dedim ki, hədiyyə almağı hamı kimi xoşlayıram. "Ondan sonra" verilişinə verdiyim müsahibəni kəsiblər, hər dəqiqə də anons veriblər ki, "Günaya ev hədiyyə olunub".
Belə bir şey olmayıb. Mənə heç kim ev hədiyyə etməyib. Mən demişəm ki, ev hədiyyə etdiklərini desələr, sevinərəm. Mənim şəxsi həyatımın heç kimə aidiyyatı yoxdur. Düzdür, tanınan insanam, mənim həyatım, yaşantım tamaşaçıya maraqlıdır. Sözüm mətbuatadır ki, xəbəri düzgün vermək lazımdır. Mənim ailəm, dostlarım var. Hər foto çəkdirdiyim ev mənim deyil. Mən efirdən ev də istəməşəm. Ağlamağı xoşlamıram. Allaha şükür ki, Allah mənə səs verib, çalışıb qazanıram".