ABŞ Azərbaycanda məişət tullantılarının 75%-ni təkrar emala yararlı hesab edir

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın xanımı Anna Sekuta səfirlikdə təkrar emala göndəriləcək karton, kağız, plastik tullantıların ilk toplanmasında iştirak edib. APA xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında qeyd edilib.

Məlumatda deyilir ki, ABŞ səfirliyi Azərbaycanda təkrar emala dəstək olmaq üçün "Azersun Holding" ilə əməkdaşlıq etməkdən məmnunluq duyur: "ABŞ səfirliyi Azərbaycanda ekoloji problemləri azaltmaq istiqamətində çalışır. Təkrar emal sənayesi iqtisadiyyata faydalıdır - ABŞ-da 47 milyard dollar gəliri olan sənaye Azərbaycanda da yeni iş yerləri yarada bilər. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi Azərbaycanda məişət tullantılarının 75%-ni təkrar emala yararlı hesab edir".
Şərhlər
Sosial bölməsinin xəbərləri