Şri Lankada daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 92-yə çatıb

Şri Lankada şiddətli yağışlardan sonra əmələ gələn daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 92-yə çatıb

APA-nın “Assosiated Press” agentliyinə istinadən verdiyi məlumata görə, daha 109 nəfər itkin düşmüş hesab edilir.

Son məlumatlara əsasən, təbii fəlakət 500 insana zərər vurub, 200 minədək insan müvəqqəti sığınacaqlarda qalmaqdadır. Ölkənin Araneyeyk bölgəsində torpaq altında qalanların axtarışları davam etdirilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri